Şəhid ailələri və qazilər üçün vergi güzəştləri olacaq
Layihəyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur.
Bundan əlavə, Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklər Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad ediləcək.
AzVision.az
Teqlər: Şəhid







Vaxtında, Aydın, Lazımlı!


