Zəfər Günü ilə bağlı bilbordlar Sidney metrosunda

   Zəfər Günü ilə bağlı bilbordlar Sidney metrosunda
  03 Noyabr 2021    Oxunub:815
Avstraliyanın Sidney şəhərinin mərkəzində yerləşən “Central”, “Winyard” və “Town Hall” metro stansiyalarında 8 Noyabr - Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, Avstraliya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbərinin təşəbbüsü ilə əhalinin daha sıx hərəkət etdiyi üç stansiyada quraşdırılmış bilbordlarda al qırmızı lalələrin fonunda Xarı Bülbülün, Şuşa qalasının və Azərbaycan bayrağının təsvirləri, eləcə də “Füsunkar Azərbaycan: Kəşf olunmamışı kəşf et” çağırışı yer alıb.



AzVision.az


Teqlər: Sidney  





Xəbər lenti