Komitə dərmanların qeydiyyatı ilə bağlı dəyişikliyi təsdiqlədi
Belə ki, “Dərman vasitələri haqqında” qanunun “Dərman vasitələrinin dövlət qeydiyyatı” adlı 6.10-cu maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı, gigiyenik sertifikatın verilməsi üçün “Dövlət rüsumu haqqında” qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
Komitə üzvləri qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər. Sonra iclasda cari məsələlər müzakirə olunub. Komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, İlham Məmmədov səhiyyə sahəsinə dair müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər.
Onlayn iclasda Milli Məclisin deputatları Anatoliy Rafailov, Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Ülvi Quliyev və Soltan Məmmədov da iştirak ediblər.
AzVision.az
Teqlər: Dərman