Müəllimlərin 3-cü doza vaksin olunmağa məcbur edilmələri iddialarına münasibət

Müəllimlərin 3-cü doza vaksin olunmağa məcbur edilmələri iddialarına münasibət
  03 Noyabr 2021    Oxunub:867
Təhsil Nazirliyi müəllimlərin koronavirus əleyhinə vaksinin 3-cü dozasını vurdurmağa məcbur edilmələri barədə yayılan iddialara aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov bu iddiaların həqiqəti əks etdirmədyini və belə bir məcburiyyətin olmadığını deyib.

"Təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub. Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur", - o əlavə edib.

AzVision.az



Teqlər: Vaksinasiya  





Xəbər lenti