Axtarışda olan 77 nəfər saxlanılıb

Axtarışda olan 77 nəfər saxlanılıb
  04 Noyabr 2021    Oxunub:465
Daxili İşlər Nazirliyi (DİN) noyabrın 3-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 43 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 77 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti