Britaniya mina təmizləmə ilə bağlı Azərbaycana yardım təklif etdi

   Britaniya mina təmizləmə ilə bağlı Azərbaycana yardım təklif etdi
  04 Noyabr 2021    Oxunub:634
Birləşmiş Krallıq Qafqaz regionunda sülh və sabitliyi, eləcə də postmünaqişə problemlərinin həllini dəstəkləməyə davam edir. AzVision.az xəbər verir ki, Bu fikirlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonun VIII Qlobal Bakı Forumuna müraciətində yer alıb.
"Mən minalar və partlamamış silah-sursatlardan həlak olanlar və yaralananlar barədə xəbərlərdən dəhşətə gəlirəm. Biz Birləşmiş Krallıqda - həm hökumət, həm də Britaniya şirkətləri olaraq – bu problemlərin həlli üçün Azərbaycanın milli minatəmizləmə proqramına və BMT İnkişaf Proqramının mina təmizləmə fəaliyyətinə dəstək göstərməklə mina riskləri barədə məlumatlandırmaya və dünya səviyyəli təcrübəmizi təklif edərək töhfə veririk.

Birləşmiş Krallıq bütün region dövlətlərini, ilk növbədə, Piyada əleyhinə Mina Qadağası Konvensiyası olmaqla, müvafiq sazişlər imzalamaq istiqamətində də addımlar atmağa çağırır", - deyə o, əlavə edib..

AzVision.az


Teqlər: Mina  





Xəbər lenti