"Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll edilib"

Aleksandr İsgəndəryan: "Ermənistana ciddi təzyiqlər var"

"Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll edilib"
  04 Noyabr 2021    Oxunub:3244
İrəvandakı “Qafqaz” institutunun təsisçisi və direktoru Aleksandr İsgəndəryan “Ermənistan-Xəbərlər” agentliyinə verdiyi video-müsahibədə Zəngəzur dəhlizi məsələsinin demək olar ki, həll edildiyini və hazırda müzakirələrin detallar üzərində getdiyini bildirib.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, İsgəndəryan noyabrın 8-də, 9-da və yaxud da ki 10-da, Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşünün baş tutub-tutmayacağının mühüm olmadığını deyib. Əsas məsələ budur ki, belə görüş gec-tez baş olacaq, dəhliz məsələsi müzakirə ediləcək və hansısa müqavilə imzalanacaq.

“Bu sənəd müqavilə, yaxud başqa cür adlana bilər, amma heç bir şübhə yoxdur ki, proses gedir. Məsələ çox fəal müzakirə edilir, ümumiyyətlə isə, kobud şəkildə desək, həll olunub və aydındır ki, dəhliz açılacaq. Hansı variantda, hansı texniki şərtlərlə, necə, bax bütün bunlar müzakirə predmetidir” ,-Aleksandr İsgəndəryan vurğulayıb.

Erməni ekspertə görə, dəhlizin açılması məsələsi praktiki olaraq həll edilsə də Ermənistan rəhbərliyi bunu ictimaiyyətdən gizlətməyə çalışır. “Bu məsələdə Ermənistana qarşı müxtəlif tərəflərdən yönəldilən çox ciddi təzyiqlər birləşdirilib” ,- İsgəndəryan qeyd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zəngəzurdəhlizi   İsgəndəryan  





Xəbər lenti