Rusiyada qətl törədənin işi məhkəməyə göndərilib

Rusiyada qətl törədənin işi məhkəməyə göndərilib
  04 Noyabr 2021    Oxunub:674
Altı il əvvəl - 2015-ci il oktyabrın 18-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Yutazinski rayon sakini 1937-ci il təvəllüdlü Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq bölməsində başlanmış cinayət işi üzrə istintaq Ucar Rayon Prokurorluğunda yekunlaşdırılıb.
Ucar Rayon Prokurorluğunun AzVision.az -a daxil olan məlumatında bildirilib ki, istintaqla cinayət əməlinin Azərbaycan Respublikası vətəndaşı 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədildiyi müəyyən olunub.

Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər: Rusiya   Cinayət  



Xəbər lenti