"Qarabağda insan ölümlərindən deyil, quruculuqdan danışırıq" - Kiril Qaburiçi

 "Qarabağda insan ölümlərindən deyil, quruculuqdan danışırıq" -   Kiril Qaburiçi
  05 Noyabr 2021    Oxunub:1238
"Mən çox şadam ki, artıq Qarabağda insanların ölməsindən deyil, orada görülən quruculuq işlərindən danışırıq".
AzVision.az xəbər verir ki, bunu Moldovanın keçmiş Baş naziri Kiril Qaburiçi Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib. O, Qarabağda görülən quruculuq işlərini çox böyük dəyərləndirdiyini diqqətə çatdırıb:

"Azərbaycan Prezidentinin bildirdiyi kimi, artıq orada evlər, məktəblər, uşaq baxçaları, mədəniyyət mərkəzləri tikilir, yeni infrastrukturlar yaradılır. Bu, çox vacibdir. Bu, bir daha sübut edir ki, Azərbaycan öz insanlarının yaxşı yaşaması üçün şərait yaratmağa qadirdir".

Kiril Qaburiçi Azərbaycanın uğurlu vaksinləşmə prosesini apardığını da qeyd edib:

"Postpandemiyadan danışmaq hələ tezdir, çünki pandemiya hələ də davam edir.
Azərbaycana gəldikdə isə ötən gün Prezident İlham Əliyev bildirdi ki, koronavirusla bağlı ölkədə vəziyyət yaxşıdır. Çünki uğurlu vaksinləmə prosesi gedir. Düşünürəm ki, Azərbaycan bu məsələdə bir çox ölkələrə nümunədir".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti