Masallıda dönərxanada yanğın olub

Masallıda dönərxanada yanğın olub
  05 Noyabr 2021    Oxunub:443
Masallıda yanğın hadisəsi olub.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb.

Dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


AzVision.az


Teqlər: Dönərxana  





Xəbər lenti