“Peyvəndlərin ədalətli paylanmasında problemlər var” - Susan Elliott
"Afrikanın yalnız 5 faizi əhalisi birinci doza vaksin olunub. Bununla yanaşı, bəzi ölkələrdə əhalinin 1,3 faizi peyvəndlənə bilib. Dünyada əhalisinin 13 faizi vaksin olunub. COVAX proqramından daha çox faydalanmaq lazımdır. ÜST-də vaksinlərin daha ədalətli paylanması sisteminin hazırlanmasına kömək etməliyik. ÜST vaksinlərin dünyada ədalətli paylanmasına nəzarət etməlidir".
O qeyd edib ki, zəngin ölkələr vaksinlərin paylanmasında böyük rol oynamalıdır:
“Vaksinlərin istehsalı ilə ABŞ, Rusiya, Çin, Avropa İttifaqına üzv olan dövlətlər məşğul olur. Bu baxımdan düşünürəm ki, buraya vəsait ayrılmalı və vaksinlərin paylanmasına dəstək göstərilməlidir. COVAX təşkilatında Çin, Yaponiya, Hindistan, Böyük Britaniya, Kanada, İsveçrə, Fransa, Polşa iştirak edir. Burada böyük ekspertlərdən ibarət müzakirə paneli təşkil etdik. Hesab edirəm ki, müzakirələr sayəsində vaksinlərin ədalətli paylanmasına müəyyən kömək edə bilərik”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Vaksin







Vaxtında, Aydın, Lazımlı!


