"Hər bir ana ölümü təhlil olunur" - Teymur Musayev

   "Hər bir ana ölümü təhlil olunur" -    Teymur Musayev
  05 Noyabr 2021    Oxunub:884
Səhiyyə Nazirliyinin nəzdində ana ölümləri ilə bağlı xüsusi komissiya fəaliyyət göstərir və hər bir ana ölümü təhlil olunur, müzakirə yə çıxarılır. Bu istiqamətdə lazımi tədbirlər görülür.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bunu səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev deyib. Nazir müavini səhiyyə sahəsində 2022-ci il üçün prioritetlərin də müəyyənləşdirilib qeyd edib:

"Əsas vətəndaşlarımızın sağlamlığının qorunmasıdır. Digər istiqamət ana və uşaq sağlamlığıdır. Qazilərimiz və şəhid ailələrinin üzvlərinin sağlamlığının qorunması da əsas prioritetdir. Eyni zamanda müasir bir neçə iri layihələrin həyata keçirilməsi də nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ana   Uşaq  



Xəbər lenti