Qlobal problemlərin müzakirə edildiyi unikal meydança

Rusiyalı politoloq Bakıdakı müzakirələrin əhəmiyyətini şərh edir

 Qlobal problemlərin müzakirə edildiyi unikal meydança
  05 Noyabr 2021    Oxunub:690
“Bakı artıq uzun illərdir ki, bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün intellektual mərkəzdir. Biz bilirik ki, İlham Əliyev belə görüşlərə necə diqqət ayırır, qlobal forum, sivilizasiyaların alyansı forumu, Bakı beynəlxalq humanitar forumu kimi böyük forumlar və konfranslar keçirir”.
Rusiyalı politoloq Darya Qrevtsova Bakı Qlobal Forumunun əhəmiyyətini AzVision.az saytına şərh edərkən belə deyib. Onun sözlərinə görə, bu forumlarda dünyanın müxtəlif ölkələrindən olan insanlar, intellektuallar görüşürlər:
- Sözsüz ki, belə forumun yaratdığı əsas imkan iştirakçılar arasında ünsiyyət və dünyanın gündəliyinin müzakirə edilməsidir. Təbii ki, bu il Qlobal Forumda əsas sual elə forumun adında yazıldığı kimi “Pandemiyadan sonra dünya necə olacaq?” məsələsidir. Həqiqətən də ciddi dəyişikliklərə məruz qalan dünya əvvəlki kimi olmayacaq və dünyanın bütün əhalisinin gələcəyi indi ölkələrin hansı inkişaf xəttini götürməsindən, hansı yolla getməyi seçməsindən asılı olacaq,- Darya Qrevtsova deyib.

Xanım Qrevtsova bu Qlobal forumda seçilmiş mövzuların və panel müzakirələrinin həqiqətən də hazırda bəşəriyyət qarşısında dayanan əsas sualları və problemləri əks etdirdiyini bildirib.

- Səhiyyər, vaksinlərin əlçatanlığı, iqtisadi böhrandan çıxış, yeni ekoloji resursların yaradılması, yeni energetika, gənclərin gələcəyi və sözsüz ki, təhlükəszilik və münaqişələrin, o cümlədən də Cənubi Qafqazda mövcud olan qarşıdurmaların, tənzimlənməsi hazırda aktualdırlar. Onların ölkələrin keçmiş liderləri, politoloqlar və siyasətçiləri arasında müzakirəsi vacibdir. Belə ki, forumun gedişində hazırlanan qərarları iştirakçılar öz ölkələrinin trhəbərlərinə məruzə edə, bu və ya digər həyati problemlə bağlı öz tövsiyyələrini verə bilərlər. Mən özüm bir neçə il əvvəl belə forumun iştirakçısı olmuşam və dəvət edilən qonaqların yüksək səviyyəsini, tədbirin özünün yüksək səviyyədə təşkilini və sözsüz ki, forumun gedişində toxunulan maraqlı mövzuları qeyd etmək istəyirəm. Həqiqətən də, həyati problemlərin effektiv müzakirəsi yönündə Prezident İlham Əliyevin seçdiyi trend müasir dünya üçün çox vacibdir. Çünki yalnız ünsiyyət, diskussiya və dialoq yolu ilə problemlərin necə həll edilməsini başa düşmək olar, - rusiyalı politoloq vurğulayıb.

Samir Vəliyev
Sahil İsgəndərov

AzVision.az


Teqlər: Bakı   Qlobalforum  





Xəbər lenti