"İmzalanacaq sülh müqaviləsində Zəngəzur dəhlizi əksini tapmalıdır" - Binəli Yıldırım

   "İmzalanacaq sülh müqaviləsində Zəngəzur dəhlizi əksini tapmalıdır" -    Binəli Yıldırım
  06 Noyabr 2021    Oxunub:1026
Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır. AzVision.az ​xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı bəzi bölgələrdə yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur: "Biz üçtərəfli razılaşmalar əsasən hazırda humanitar məqsədlərlə açılmış Laçın dəhlizindən düzgün istifadə edilmədiyini, Ermənistanın təxribatçı hərəkətlərə yol verdiyini görürük. Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu əksini tapmalıdır".

B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişənin həllində regional ölkələrlə gərgin iş aparır: "Biz yeni platforma - Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran arasında əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə də səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Zəngəzur  



Xəbər lenti