"Qarabağın 30 il işğalda olması əbəs yerə gedən dövrdür" - Prezidentin köməkçisi

   "Qarabağın 30 il işğalda olması əbəs yerə gedən dövrdür" -    Prezidentin köməkçisi
  06 Noyabr 2021    Oxunub:706
“İşğaldan azad olunan ərazilərdə dağıntıların olacağını gözləyirdim, amma bu qədər acınacaqlı vəziyyətin olacağını gözləmirdim. Biz Ağdamı Qafqazın Xirosimasına bənzədirik”.
AzVision.az xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Qarabağın Ermənistanın 30 il işğalı altında olması əbəs yerə gedən dövrdür: “Gəlin, Qafqaz regionunu tamamilə dəyişdirək. Biz regionun çiçəklənməsinə nail olsaq, bundan hamı faydalana bilər. Biz öz rolumuzu oynamağa hazırıq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qarabağ   Azərbaycan  





Xəbər lenti