Dövlət Miqrasiya Xidmətində “Zəfər guşəsi” açılıb - FOTOLAR

   Dövlət Miqrasiya Xidmətində “Zəfər guşəsi” açılıb -    FOTOLAR
  06 Noyabr 2021    Oxunub :1269
Dövlət Miqrasiya Xidmətində (DMX) “Zəfər guşəsi”nin açılışı olub.
DMX-dən AzVision.az -a bildiriblər ki, açılış mərasimində Xidmətin rəhbərliyi Ordumuzun Vətən müharibəsindəki qələbəsi sayəsində tarixə düşən 8 noyabr Zəfər Gününü simvolizə edən “Zəfər guşəsi” önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. DMX-nin rəisi Vüsal Hüseynov “Zəfər guşəsi”nin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinin Xidmətdə əbədiləşdirildiyi məkan olduğunu qeyd edib.



Diqqətə çatdırılıb ki, hər il əlamətdar günlərdə şəhidlərin ruhu məhz burada anılacaq. “Zəfər guşəsi”ndə Xarıbülbül gülü formasındakı rəmzi nişan və şəhidlərin hər birinin adı əks olunub. Daha sonra Zəfər Gününə həsr olunmuş tədbirdə torpaqlarımızın azadlığı naminə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov şanlı qələbənin bir xalq kimi bizim gücümüzü, Azərbaycanın potensialını dünyaya nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi diplomatiya sahəsində olduğu kimi hərb meydanında da uğurlarımızı şərtləndirdi. İlk gündən xalqımızın həmrəyliyi, bir yumruq kimi Prezidentimizin ətrafında birləşməsi, Ordumuzun şücaəti, müharibənin sonrakı gedişinə həlledici təsir göstərdi.



Tədbirdə Vətən müharibəsinə həsr olunmuş “44 günün həqiqəti” adlı şərhsiz videoçarx, eləcə də İkinci Qarabağ savaşında iştirak etmiş DMX əməkdaşlarının döyüş yolunu əks etdirən müsahibələrindən ibarət film nümayiş olunub. Sonda Birinci və İkinci Qarabağ müharibəsi döyüşçüsü olan miqrasiya orqanları işçiləri fərqləndirilib və onlara xatirə hədiyyələri təqdim edilib.



Digər fotoları "Qalereya" bölməsindən izləyə bilərsiniz.

AzVision.az

Qalereya


Teqlər:







Xəbər lenti