İstanbula uçan təyyarə dumana görə başqa aeroporta enib

   İstanbula uçan təyyarə dumana görə başqa aeroporta enib
  06 Noyabr 2021    Oxunub:621
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways"in Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçan sərnişin təyyarəsi əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən şəhərin yeni hava limanına enib.
Bu barədə AzVision.az -a aviaşirkətdən bildirilib. Məlumata görə, təyyarə yerli vaxt ilə saat 10:50-da uğurlu eniş edib. Əgər hava səraiti imkan versə, avialayner sərnişinləri Sabiha Gökçən aeroportuna daşımaq üçün yenidən havaya qalxacaq.

AzVision.az


Teqlər: Təyyarə  





Xəbər lenti