Quşlar arxası üstə uçurmu? – ELMİ CAVAB

Quşlar arxası üstə uçurmu? – ELMİ CAVAB
  01 Aprel 2013    Oxunub:9081
Ancaq bir quş belə uça bilir – kolibri.
Kolibri quşlarının ağırlığı bir neçə qramdan ən çoxu 20 qrama qədər olur. Onlar digər quşlardan fərqli bir uçüş tərzinə mailkdirlər. Belə ki, qanadlarını aşağı-yuxarı çırpmaq yerinə, “8” şəklində bir hərəkətlə titrəşdirirlər.

Kolibri quşunun ən çox bilinən özəlliyi sürətli qanad çırpması və üstün manevr qabiliyyətidir. Kolibri quşu sanıyədə 50-80 dəfə qanad çırpa, arxası üstə uça bilmə bacarığına sahibdir.

Bu quşlar hərəkətli və sürətli bir həyat sürdürürkən, böyük miqdarda enerjiyə ehtiyac duyurlar. Kolibri quşunun bir gündə sərf etdiyi enerji miqdarı 1300 ədəd hamburgerin verəcəyi kalori qədərdir. Əgər kolibrilərin enerjiləri səviyyəsində güc sərf etsəydik, ürəyimiz dəqiqədə 1260 dəfə döyünər, bədən temperaturumuz 3850 C–yə yüksələrdi.

Zaur


Teqlər:  





Xəbər lenti