Bakı-Sumqayıt qatarını daşa basanlar tutulub

Bakı-Sumqayıt qatarını daşa basanlar tutulub
  06 Noyabr 2021    Oxunub:572
Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı daş atan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 4-də saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Novxanı-Goradil dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində qatarın sonuncu vaqonunun yan şüşəsinin sındırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçkirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan 3 yeniyetmə müəyyən edilərək saxlanılıb.

AzVision.az


Teqlər: Bakı   Sumqayıt  





Xəbər lenti