Azərbaycan hərbiçiləri "Efes-2022" təlimi konfransında iştirak edib

   Azərbaycan hərbiçiləri    "Efes-2022"    təlimi konfransında iştirak edib
  06 Noyabr 2021    Oxunub:1150
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” beynəlxalq təliminin planlama konfransında iştirak edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, beynəlxalq təlimdə iştirak edəcək ölkələrin nümayəndə heyətləri ilə keçirilən konfransda təlimə hazırlıq məsələləri və icra olunacaq tapşırıqlar müzakirə olunub.

“Efes-2022” beynəlxalq təliminin qərargahların kompüter dəstəkli və bölmələrin döyüş atışlı taktiki təlimlərindən ibarət iki mərhələdə keçirilməsi planlaşdırılır.

AzVision.az



Teqlər: Azərbaycan-hərbiçiləri   Efes-2022  





Xəbər lenti