Bakıda cavan oğlanı maşın vurdu

Bakıda cavan oğlanı maşın vurdu
  06 Noyabr 2021    Oxunub:655
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Cavadov Əmrah Abdul oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Ə.Cavadovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

AzVision.az



Teqlər: Yol-qəzası  





Xəbər lenti