Zəfər Günündə hava necə olacaq?
Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 6-11° isti olacaq.
AzVision.az
Teqlər: