Yanukoviç Aİ ilə niyə saziş bağlamadığına aydınlıq gətirdi

Yanukoviç Aİ ilə niyə saziş bağlamadığına aydınlıq gətirdi
  28 Mart 2014    Oxunub:1109
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentliyindən uzaqlaşdırılan Viktor Yanukoviç Avropa İttifaqı ilə niyə saziş imzalamadığının səbəbini açıqlayıb.

“Biz Avropa standartlarına uyğun olaraq mərhələlərlə əmək haqlarını və pensiyaları qaldırır və Aİ ilə azad ticarət zonası haqqında assosiasiya sazişinin imzalanmasına hazırlaşırdıq. Lakin oktyabr ayında bizə məlum oldu ki, bu sazişlər əmtəə istehsalçılarının iştirakı ilə parlament dinləmələrindən keçməyib. Bu məlumat əmtəə istehsalçılarına, həmkarlar ittifaqına və ayrı-ayrı iri müəssisələrə gedib çatanda onlar bu xəbərdən şok keçirdiblər. Rusiya bizə xəbərdarlıq etdi ki, əgər saziş bağlansa, o öz bazarını qoruyacaq və təkrar ixracdan ehtiyatlanaraq, Ukrayna üçün gömrük rüsumlarını qaldıracaq. Beləliklə Aqrar-sənaye kompleksi sahəsində çalışanlar üçün real təhlükə yarandı, çünkü bu addım bir çox iş yerlərinin itirilməsinə gətirib çıxarardı. Nəzərə alsaq ki, aqrar-sənaye ilə əlaqəli sahələrdə 7-8 milyon işçi işləyir, bu da Ukraynanın əmək qabiliyyətinə malik əhalisinin yarısı deməkdir. Bizim bu halda fasilə götürməkdən və Aİ- Rusiya- Ukrayna formatında üçtərəfli danışıqlar aparmaqdan başqa çarəmiz yox idi. Mən bunu etməyə məcbur qaldım. Belə bir şəraitdə saziş imzalaya bilməzdim. Çünkü bu, Ukraynanın milli maraqlarına uyğun gəlmirdi. Bu saziş ölkəni risk altına qoymağa aparırdı. Mən bir prezident olaraq bu riskə gedə bilməzdim.” - deyə Yanukoviç qeyd edib.




Teqlər:





Xəbər lenti