Koronavirusa yoluxan baş direktorun vəziyyəti ağırlaşıb

   Koronavirusa yoluxan baş direktorun vəziyyəti ağırlaşıb
  08 Noyabr 2021    Oxunub:600
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun vəziyyəti ağırlaşıb.
Bu barədə AzVision.az -a institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bir müddətdir koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, K.Şükürov Tarix İnstitutun baş direktoru vəzifəsinə bu ilin əvvəlində təyinat alıb.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti