Qatarın şüşələrini daşla sındıran uşaq saxlanılıb

Qatarın şüşələrini daşla sındıran uşaq saxlanılıb
  08 Noyabr 2021    Oxunub:493
Bakı-Sumqayıt qatarının şüşələrini sındıran şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.

AzVision.az


Teqlər: Qatar   Daş  





Xəbər lenti