Türkiyə PUA-ları müharibədə ermənilərin 900-ə yaxın hədəfini məhv edib

  Türkiyə PUA-ları müharibədə ermənilərin 900-ə yaxın hədəfini məhv edib
  08 Noyabr 2021    Oxunub:572
"Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatları (PUA) 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub".
AzVision.az xəbər verir ki, məlumatı Türkiyənin “TRTHaber” televiziyası yayıb. Telekanal 44 günlük Vətən müharibəsində qardaş ölkənin istehsalı olan PUA-ların rolu haqqında süjet hazırlayıb.

Qeyd olunub ki, PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib.

AzVision.az


Teqlər: PUA  





Xəbər lenti