Qazaxıstan Ukraynanın notasını təəcüblə qarşıladı

Qazaxıstan Ukraynanın notasını təəcüblə qarşıladı
  28 Mart 2014    Oxunub:1022
Ukrayna XİN-ni Nazarbayevin Ukrayna haqqında səsləndirdiyi fikirləri ilə əlaqədar Qazaxıstana Nota verib. Qarşı tərəf isə bunu təəccüblə qarşılayıb.

AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda Astanada brifinqdə çıxış edən Qazaxıstan XİN-nin rəsmi nümayəndəsi Janbolat Usenov qeyd edib.

O deyib ki, dünən Ukrayna XİN-i Qazaxıstan prezidenti Nursultan Nazarbayevin martın 25-də Haaqada keçirilən brifinqdə Ukraynanın ünvanına səsləndirdiyi ifadələrinə görə, nota göndərib: ”Ukrayna XİN-nin göndərdiyi notanı təəccüblə qarşıladıq. Görünür onlar emosiyalara tutulduqları üçün bu notanı göndəriblər”.

Qeyd edək ki, Qazaxıstan prezidenti martın 25-də Haaqada bildirib ki, Ukraynanın hazırda əsas məqsədi vəziyyəti normallaşdırmasıdır: "İndi əsas məsələ seçkilərin keçirilməsi və vəziyyətin normallaşdırılması, qanuni prezidentin seçilməsi və legitim hökumətim formalaşdırılması olmalıdır. Bundan sonra artıq sülh danışıqları aparılmalı və birlikdə bu vəziyyətdən çıxmaq üçün yollar axtarılmalıdır ".


Teqlər:





Xəbər lenti