Zəfər günü paytaxtda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
Əsas məqsədi Bakı şəhərində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi olan bu aksiya zamanı ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarı ilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkildi. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Aksiya paytaxtımızın yaşıllaşdırılması və daha da gözəlləşməsinə bir töhfə olub.
AzVision.az
Teqlər: Zəfər-günü Ağacəkmə