Üçtərəfli bəyanatın icrası müzakirə edilib

 Üçtərəfli bəyanatın icrası müzakirə edilib
  08 Noyabr 2021    Oxunub:1227
Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
XİN-nin Mətbuat xidməti idarəsindən AzVision.az -a bildirilib ki, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti