“Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlər davam etdiriləcək” - Zakir Həsənov
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Hulusi Akarla Heydər Əliyev Mərkəzində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Z.Həsənov Türkiyə Silahlı Qüvvələri ilə keçirilən birgə təlimlərdən danışaraq, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.
Müdafiə naziri Zəfər Gününü bizimlə birgə qeyd etmək üçün ölkəmizə təşrif buyuran türkiyəli həmkarına və onun rəhbərlik etdiyi nümayəndə heyətinə öz təşəkkürünü bildirib.
AzVision.az
Teqlər: ZakirHəsənov