Azərbaycan Ordusunda bir neçə yeni qurum yaradılır

   Azərbaycan Ordusunda bir neçə yeni qurum yaradılır
  09 Noyabr 2021    Oxunub:714
“Son illər Türkiyənin hərbi sənayesi çox inkişaf edib. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Türkiyənin istehsal etdiyi silahlardan, avadanlıqlardan və müasir mərmilərdən də istifadə edib”. AzVision.az -ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusu ən müasir "Bayraktar"dan da istifadə edib:

"Əgər kimsə fikirləşirsə, biz tək pilotsuz aparatlardan istifadə etmişik, bu, belə deyil. Müharibə zamanı biz toplardan, raketlərdən, dəqiq vuran mərmilərdən, dronlara qarşı mübarizə aparan avadanlıqlardan və ən müasir "Bayraqdar"lardan da istifadə etdik".

Nazir çıxışında Türk Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri olduğunu deyib: “Mən özüm də çox şeyi burada oturan generallardan öyrənirəm. Müharibədən sonra ölkə Prezidentinin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan ordusunda təşkilat tədbirləri həyata keçirdik. Azərbaycan Prezidentinin tapşırığı ilə hazırda Azərbaycan ordusunu Türk Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik. Azərbaycan Ordusunda bir neçə yeni qurum - əməliyyat qurumları, briqadaları yaradırıq".

AzVision.az


Teqlər: MN   Ordu  





Xəbər lenti