Məmmədyarov və Nalbandyan Moskvada görüşəcək

Məmmədyarov və Nalbandyan Moskvada görüşəcək
  29 Mart 2014    Oxunub:1079
Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Martın 23-24-ü tarixlərində Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevlə ayrı ayrılıqda görüş keçiriblər.

AzVision.az APA-ya istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı mətbuat üçün bəyanatda belə deyilir.

Həmsədrlər sərhəddə və təmas xəttində zorakılıq hallarından yayınmağa ehtiyac olduğunu bildirib və tərəfləri regionda gərginliyi artıra biləcək təhrik edici ritorikalardan uzaq olmağa çağırıblar.

Xarici işlər nazirlər prezidentlərin yaxın gələcəkdə görüşlərini hazırlamaq məqsədilə aprelin əvvəlində Moskvada görüşməyə razılıq veriblər.


Teqlər:





Xəbər lenti