Rəsmi Bakıdan Ermənistan XİN-ə sərt cavab

   Rəsmi Bakıdan Ermənistan XİN-ə sərt cavab
  09 Noyabr 2021    Oxunub:561
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-nin 8 noyabr tarixində Şuşa yaxınlığında baş verən insident ilə bağlı açıqlamasını şərh edib.
AzVision.az -ın xəbərinə görə, açıqlamada qeyd olunur ki, Ermənistan XİN-in Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur:

“Sözügedən insidentə gəldikdə, bu, Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir. Belə ki, Ermənistan tərəfinin verdiyi açıqlamalarda qeyd olunur ki, bu şəxslər guya 8 noyabr tarixində Xankəndi-Şuşa yolu yaxınlığında su xəttinin təmiri məqsədilə fəaliyyət göstəriblər.

Qeyd etmək istərdik ki, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir. Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməyib və fəaliyyət prosesində onların iştirakı olmayıb. Bu isə əlbəttə, ciddi suallar doğurur".

AzVision.az



Teqlər: XİN   Azərbaycan  





Xəbər lenti