Ermənistanda daha 69 nəfər virusdan ölüb

Ermənistanda daha 69 nəfər virusdan ölüb
  10 Noyabr 2021    Oxunub:481
Ermənistanda koronavirus (COVID-19) infeksiyasına 1 675 yeni yoluxma faktı qeydə alınıb
AzVision.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 324 039 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 69 nəfər ölüb. Bununla da ölənlərin sayı 6831-a çatıb.

AzVision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti