DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub

DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub
  10 Noyabr 2021    Oxunub:604
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı mərkəzinə bu ilin oktyabr ayı ərzində 8210 zəng daxil olub.
DMX-dən AzVision.az
-a bildiriblər ki, onlardan 7471-i Azərbaycan dilində, 679-u rus dilində, 60-ı isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2994-ü müvəqqəti yaşama icazəsi, 1634-ü müvəqqəti olma müddətinin uzadılması, 619-u daimi yaşama icazəsi, 396-sı iş icazəsi, 637-si vətəndaşlıq məsələləri, 361-i olduğu yer üzrə qeydiyyat, 1569-u isə digər məsələlərlə bağlı olub.


AzVision.az



Teqlər: DMX  





Xəbər lenti