Gənc hüquqşünaslar Baş Prokurorluğun yeni binasında - FOTO
Qeyd edilməlidir ki, “Davam” Gənc Hüquqşünaslar Klubunun məqsədi həm gənc hüquqşünasları, həm də qeyri-hüquq ixtisasında olan gəncləri Azərbaycanın hüquq sistemi ilə tanış etmək və onları bu sahə ilə bağlı maarifləndirməkdir. Qonaqlar ilk öncə yeni inzibati binada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş guşə və kitabxana ilə yaxından tanış olublar.
44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, Elm-Tədris Mərkəzinin mühazirə, praktiki məşğələlər və iclas zalları, kriminalistika otaqları ilə tanışlıq qonaqlarda zəngin təəssüratlar yaradılıb.Daha sonra Hərəkatın üzvləri cinayət prosesi iştirakçılarının dindirilməsi üçün nəzərdə tutulmuş, müasir tələblərə cavab verən dindirmə otaqları, cinayət prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tanınmanı vizual müşahidəni istisna edən şəraitdə aparmağa imkan verən istintaq otağı ilə tanış olublar.
Tanışlıq səfəri çərçivəsində qonaqlara prokurorluq orqanlarının əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, habelə qarşıda duran prioritet məqsədlər barədə ətraflı məlumat verilib. Tədbirin yekununda xatirə fotoşəkili çəkilib.
AzVision.az
Teqlər: Baş-Prokurorluq