Valleybolçularımız qələbə qazandı
Martın 28-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XIV turu çərçivəsində növbəti oyun keçirilib.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunmuş oyunda “Rabitə” komandası “Lokomotiv” kollektivini qəbul edib.
Rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan çempionu “Rabitə” turnir cədvəlində birinci pillədəki mövqeyini möhkəmlədib. Çempionlar Liqası yarışlarının bürünc mükafatçısının hesabında 29 xal var. “Azəryol” və “İqtisadçı” komandaları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar.