Prokurorluqdan saxta diplomlarla bağlı vətəndaşlara müraciət

   Prokurorluqdan saxta diplomlarla bağlı vətəndaşlara müraciət
  10 Noyabr 2021    Oxunub:857
Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət edilib.
Qurumun Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

"Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoda saxta diplomlarla bağlı vətəndaşlara müraciət edilib", - Mətbuat Xidmətindən bildirilib.

AzVision.az


Teqlər: Prokurorluq   Diplom  



Xəbər lenti