Gələn il növbəti sosial paket hazırlanacaq

 Gələn il növbəti sosial paket hazırlanacaq
  10 Noyabr 2021    Oxunub:949
"Əhalinin sosial rifahının yaxşılaşdırılması, ünvanlılığın təyin edilməsi istiqamətində çox ciddi işlər gedir".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, sosial ödənişlərin əhatə dairəsi genişləndirilir: "Bir daha xüsusi olaraq qeyd edim ki, bizim hər hansı qənaət amalımız yoxdur. Növbəti sosial paket də gələn il hazırlanacaq”.

AzVision.az


Teqlər: Sosialpaket  





Xəbər lenti