ASAN könüllüləri Zəfər Günü ilə əlaqədar tədbirlər keçirib

ASAN könüllüləri Zəfər Günü ilə əlaqədar tədbirlər keçirib
  10 Noyabr 2021    Oxunub :283
8 noyabr – Zəfər Günü ilə əlaqədar ASAN könüllüləri tərəfindən bir sıra tədbirlər təşkil olunub.
AzVision.az xəbər verir ki, "ASAN Könüllülük" Məktəbinin və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşəbbüsü, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə  “Zəfər günümüz” adlı tədbir təşkil edilib.

6 saylı Bakı "ASAN xidmət" mərkəzi könüllülərinin təşəbbüsü və Mərkəzi Qan Bankının dəstəyi ilə qanvermə aksiyası keçirilib. Ölkənin müxtəlif 8 şəhər və rayonunda həyata keçirilən aksiyanın məqsədi Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda qan tökmüş şəhidlərimizin və qazilərimizin müqəddəs xatirəsini əbədi yaşatmaq olub.


 
"ASAN Könüllülük" Məktəbi və 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Zəfərin qüruru" adlı kompozisiya həyata keçirilib. Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da iştirak edib.

1 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Zəfər gününə həsr olunmuş “Qayıdış” adlı kompozisiya nümayiş etdirilib.



Gəncə şəhərində Heydər Əliyev Parkının ərazisində Gəncə, Bərdə, Qəbələ və Mingəçevir regional “ASAN xidmət” mərkəzlərinin Vətən müharibəsi iştirakçısı olan könüllüləri tərəfindən ağacəkmə aksiyası baş tutub

Vətən Müharibəsi iştirakçısı olan ASAN könüllülərinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri adından fəxri fərmanlar təqdim olunub.



"İnnovasiyalar Mərkəzi”nin və "ASAN Könüllülük" Məktəbinin birgə təşkilatçılığı ilə “Zəfərə gedən yol” tamaşasının təqdimatı gerçəkləşib. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin dəstəyi ilə səhnələşdirilən tamaşa  “İnnovasiyalar Mərkəzi”nin 44 günlük Vətən müharibəsində iştirak etmiş əməkdaşlarının xatirələri əsasında hazırlanıb.

3 saylı "ASAN kommunal" mərkəzində ASAN Könüllülərinin əl işlərindən ibarət sərgi təşkil olunub, eyni zamanda qazilərlə görüş keçirilib

Quba regional "ASAN xidmət" mərkəzinin təşkilatçılığı ilə şəhidlərinin şəkillərindən ibarət sərgi təşkil olunub.

"YAŞAT" Fondunun "Zəfər" Yarmarkasında ASAN könüllülərinin “Dəmir Yumuruq” kompozisiyası təşkil olunub.



AzVision.az

Teqlər: ASAN   Könüllü  







Xəbər lenti