Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

   Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb
  10 Noyabr 2021    Oxunub:920
Ölkə ərazisində faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, noyabrın 10-u saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyiib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

AzVision.az



Teqlər: Dəniz   Hava  





Xəbər lenti