“ABAD”ın əməkdaşının şəhidlik zirvəsinə ucalmasından bir il ötür

“ABAD”ın əməkdaşının şəhidlik zirvəsinə ucalmasından bir il ötür
  10 Noyabr 2021    Oxunub :298
Noyabrın 10-u Vətən müharibəsi şəhidi Quliyev Rəcəbin xatirəsini əbədiləşdirmək məqsədi ilə onun böyüyüb başa çatdığı Şamaxı rayonunun Dəmirçi kəndində inşa olunmuş abidə-bulağının açılışı baş tutub.
AzVision.az xəbər verir ki, anım günündə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “ABAD” publik hüqiqi şəxsin direktoru Rüfət Elçiyev, şəhidlərimizin ailə üzvləri, qazilərimiz iştirak ediblər.

Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər İkinci Qarabağ müharibəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid Vətən oğullarımızın qəhrəmanlıqlarından eyni zamanda, Rəcəb Quliyevin qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıblar.



Rəcəb Quliyev 5 dekabr 1997-ci il tarixində Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə elə doğma kəndinin məktəbində alıb.

13.01.2016-cı il tarixindən – 03.07.2017-ci il tarixinədək həqiqi hərbi xidmətdə olub.

2 fevral 2018-ci il tarixindən “ABAD” publik hüquqi şəxsin əməkdaşı kimi mikro və kiçik sahibkarlığın inkişafına öz əvəzsiz töhfəsini verib.

2020-ci il 29 sentyabr tarixindən elan edilmiş qismən səfərbərlik ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Döyüşlərdə böyük şücaət göstərərək qəhrəmanlığı ilə fərqlənib.

Müharibənin son günü Zəngilan rayonu ərazisində qəhrəmancasına şəhid olub.



AzVision.az

Teqlər: ABAD  







Xəbər lenti