Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir

   Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
  11 Noyabr 2021    Oxunub:975
İlkin araşdırmalara görə, Amnistika aktı Penitensiar Xidmətdə 5800-ə yaxın, Probasiya Xidmətində 8800 nəfər məhkuma şamil olunması gözlənilir.
AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Amnistiya aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir.

"Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu amnistiya aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Məhkum   Ədliyyə  





Xəbər lenti