Şəmkirdə polis xidməti silahla özünü yaraladı

   Şəmkirdə polis xidməti silahla özünü yaraladı
  11 Noyabr 2021    Oxunub :245
Şəmkir rayonunda polis əməkdaşı xidməti silahla ehtiyatsız davranış nəticəsində özünə xəsarət yetirib.
Bu barədə AzVision.az - a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

E. Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, serjant Süleyman Əliyev xidməti silahını idarədən götürüb təhkim olunduğu yerə gedərkən ehtiyatsızlıq zəminində atəş açılıb. Silahdan açılan atəş nəticəsində polis serjantı sol döş qəfəsindən güllə yarası alıb.

Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

AzVision.az

Teqlər: Polis  







Xəbər lenti