Külək nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti necədir?

   Külək nəticəsində xəsarət alan 4 nəfərin vəziyyəti necədir?
  11 Noyabr 2021    Oxunub:548
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından xəsarət alan 4 nəfər “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsə gətirilib.
Bu barədə AzVision.az -a tibb müəssisəsindən məlumat verilib. Bildirilib ki, xəstəxanaya yerləşdirilən iki nəfər - Əşrəfov Toğrul Əlvida oğlu və Soltanov Sadiq İslam oğlu Nəsimi rayonu, S.Əsgərova küçəsində binadan tökülən şüşə qırıntılarının nəticəsində xəsarət alıblar. Daha bir nəfər - Şıxəliyeva Diana Xəyal qızı “Tarqovı”da binanın eyvanından daş qırıqlarının tökülməsi nəticəsində alın nahiyəsindən yaralanıb. İsayeva Pərvanə Əhməd qızı isə Yasamal rayonu, M.Seyidov küçəsində ağacın aşması nəticəsində ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən üçünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. İsayeva Pərvanə Əhməd qızının müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

AzVision.az


Teqlər: Hava   külək  





Xəbər lenti