Avropa İttifaqı ilə qaz təchizatına dair birgə əməkdaşlıq müzakirə olunub

Avropa İttifaqı ilə qaz təchizatına dair birgə əməkdaşlıq müzakirə olunub
  11 Noyabr 2021    Oxunub:616
Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Peter Mixalkonu qəbul edib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində mövcud olan uzunmüddətli səmərəli və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək, bu istiqamətdə əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Görüşdə Cənub Qaz Dəhlizi layihəsinin icrası, Azərbaycan qazının Avropa bazarına daxil olması istiqamətində xüsusi əhəmiyyətindən bəhs edilib, gələcəkdə qaz təchizatının coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub.

Bununla yanaşı Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində enerji əməkdaşlığının prioritetləri, enerji səmərəliliyi, bərpa olunan enerji sahələrinin inkişafı və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: Qaz   Enerji  





Xəbər lenti