Ermənistanda bir gündə virusdan 70 nəfər öldü

Ermənistanda bir gündə virusdan 70 nəfər öldü
  12 Noyabr 2021    Oxunub:370
Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1309 yeni yoluxma faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 326 830 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 70 nəfər ölüb. Bununla da ölənlərin sayı 6937-yə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1368 nəfərdir. Aktiv xəstələrin sayı 28 625 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti