BŞTİ müdiri müəllimlərin üçüncü doza vaksinasiyadan danışıb

BŞTİ müdiri müəllimlərin üçüncü doza vaksinasiyadan danışıb
  12 Noyabr 2021    Oxunub:463
"Təhsil işçilərinin koronavirus əleyhinə üçüncü doza (buster) vaksinasiya olunmasına başlanılıb".
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
M.Vəliyeva vurğulayıb ki, hazırda buster doza vurduran təhsil işçilərinin dəqiq sayı olmasa da, onlar bu prosesdə fəal iştirak edirlər: "İnanıram ki, bu çətin şəraitdən keçib pandemiyaya qalib gələ biləcəyik".

Aytən Zəhra
AzVision.az



Teqlər: Vaksinasiya  





Xəbər lenti