Ukraynada qaz və işıq bahalaşacaq

  Ukraynada qaz və işıq bahalaşacaq
  29 Mart 2014    Oxunub:1170
Bu barədə baş nazir Arseni Yasenyuk məlumat verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, ağır iqtisadi durumda olan Ukraynada qaz və elektrik enerjisinin 40% artırılması gözlənilir.

Ukrayna televiziyalarından birindəki tok-şouya qatılan hazırki baş nazir Arseni Yasenyukun sözlərinə görə, yaxın 4 il ərzində tariflər 120% bahalaşacaq. Bununla belə, Yasenyuk yaşayış minimumunun dəyişməyəcəyini və 1176 qrivna (108 dollar) səviyyəsində qalacağını da vurğulayıb.

“Biz açıq şəkildə deyirik ki, bu il yaşayış minimumu artırılmayacaq. Amma həm də azalmayacaq. Yanvarın 1-də verilən məbləğ ilin sonuna qədər dəyişməz qalacaq”-deyə o bildirib.
Yasenyuk iqtisadi çətinliklərdən dolayı qiymətlərin də artırılacağını diqqətə çatdırıb.

“Dolların kursu qalxıb və deməli hər şey bahalaşacaq. Biz inflyasiyanı 12-14% səviyyəsində proqnozlaşdırırıq”-deyə Ukrayna baş naziri etiraf edib.

Xatırladaq ki, Ukrayna Radası 2014-cü il üçün dövlət büdcəsinə dəyişiklik edib. Bundan başqa, maliyyə böhranının qarşısının alınması və ölkənin iqtisadi inkişafı üçün zəmin yaradılması barədə qanunlar qəbul olunub.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti