Pensiya fondu investisiya qurumu kimi də fəaliyyət göstərəcək

Pensiya fondu investisiya qurumu kimi də fəaliyyət göstərəcək
  12 Noyabr 2021    Oxunub:932
“Növbəti ildən etibarən pensiya fondunun investisiya fəaliyyətinə başlaması barədə hökumət qurumları ilə konsensus əldə edilib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunun üzərində iş davam edir: “Aidiyyəti məlumat dövlət qurumlarına verilib, rəyi gözləyirik. Ondan sonra da qanunvericiliyə dəyişikliklə bağlı layihələr Milli Məclisə təqdim ediləcək. Bununla da gələn ildən pensiya fondu investisiya qurumu kimi də fəaliyyət göstərə biləcək.

AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti